BMT-dən Ərdoğanla Putin arasında danışıqlara REAKSİYA

 21:51 05.09.2023     322

BMT Rusiya ərzaq və gübrələrinin ixracını təmin etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bu gün keçirdiyi brifinqdə deyib.

Ona Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında aparılan danışıqlarla bağlı sual verilib. "Əlbəttə ki, biz bu görüşdən xəbərdarıq və Türkiyəyə və mövcud vəziyyətin həlli üçün səylərə töhfə verən bütün ölkələrə təşəkkürümüzü bildiririk. Biz öz tərəfimizdən, əlbəttə ki, Ukrayna və Rusiya taxılının və gübrələrinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - deyə Haq bildirib.

Turan İSMAYIL