Parlament komitəsi Umerovun müdafiə naziri təyin edilməsini dəstəklədi
Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi müdafiə naziri vəzifəsinə Rüstəm Umerovun namizədliyini dəstəkləyib.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə xalq deputatı Yaroslav Jeleznyak Telegram-da yazıb.
Onun sözlərinə görə, komitənin bütün üzvləri Umerovun Müdafiə Nazirliyinə rəhbər təyin olunmasını dəstəkləyib.
Xalq deputatı xatırladıb ki, təyinatın sonuncu mərhələsi sabah Ali Radada müvafiq qərar layihəsinə baxılacaq.
Xatırladaq ki, bu gün, sentyabrın 5-də Ali Rada müdafiə naziri Aleksey Reznikovun vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. Bu, nazirlikdə hərbçilər üçün avadanlıq və məhsulların şişirdilmiş qiymətlərlə alınması ilə bağlı bir sıra qalmaqallar fonunda baş verib.
Bir neçə gün əvvəl prezident Volodimir Zelenski təsdiqləyib ki, o, Rüstəm Umerovu Müdafiə Nazirliyinin yeni rəhbəri təyin etmək istəyir.
Xatırladaq ki, Rüstəm Umerov bundan əvvəl Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsində çalışıb. O, Özbəkistanda Aluştadan olan mühacir ailəsində anadan olub.
2019-cu ildə “Səs” partiyasından xalq deputatı seçilib. Artıq 2022-ci ilin sentyabrından o, Dövlət Əmlak Fonduna rəhbərlik etməyə başlayıb.
Turan İSMAYIL