104 yaşlı qadın tarixin ən yaşlı paraşütçüsü olmaq niyyətindədir

 22:20 05.09.2023     279

ABŞ-ın Çikaqo şəhərindən olan 104 yaşlı qadın tarixin ən yaşlı paraşütçüsü olmaq niyyətindədir.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Doroti Hoffner bu ekstremal idmanı ilk dəfə yüz illiyini qeyd edərkən sınayıb. Belə bir hərəkət ideyası rəfiqəsi ilə söhbət edərkən ağlına gəlib. Dörd il sonra bu təcrübəsini təkrarlamağa qərar verib. 

“Sonuncu dəfə tələb olunan hündürlüyə çatanda bizi itələdilər. İndi mən özüm tullanmaq istəyirəm”, – Hoffner deyib.

Yusif EYVAZLI