Rusiya 30 ildən sonra Asiya ölkəsi ilə uçuşları bərpa etdi

 22:32 05.09.2023     334

Rusiya və Myanma 30 illik fasilədən sonra uçuşları bərpa ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Myanma Rusiyanın birbaşa uçuş həyata keçirdiyi 38-ci ölkə olub.

"Bu gün, 5 sentyabr 2023-cü il tarixində Yanqon-Mandalay-Novosibirsk marşrutu üzrə uçuş həyata keçirən Myanmar Airways International-ın ilk müntəzəm reysi Novosibirskə çatdı. Beləliklə, Rusiya ilə Myanma İttifaqı Respublikası arasında 30 il əvvəl dayandırılan hava hərəkəti uğurla bərpa olunub”, - Federal Hava Nəqliyyatı Agentliyində qeyd olunub.

Novosibirskdə ilk reys su qövsü ilə qarşılanıb, sərnişinləri Novosibirsk vilayətinin rəhbərliyinin, hava limanının, Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndələri qarşılayıblar.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən