“Ərdoğanın Rusiyanı taxıl sazişinə qaytarmaq üçün səylərini alqışlayırıq" - Dövlət Departamenti

 22:35 05.09.2023     297

ABŞ hesab edir ki, taxıl sazişinin bərpası üçün diplomatik variantlar hələ tükənməyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.

“Diplomatiyanın imkanlarının tükəndiyinə inanmaq üçün heç bir əsasımız yoxdur”, o, bununla bağlı sualı cavablandırarkən deyib.

Eyni zamanda, Dövlət Departamentinin sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukraynanın öz mövqeyini yumşaltması ilə bağlı sözlərini şərh etməyib. “Biz Türkiyə və prezident Ərdoğanın Rusiyanı taxıl sazişinə qaytarmaq üçün səylərini alqışlayırıq".

Patel, ABŞ-ın eyni vaxtda Ukraynadan ərzaq ixracı üçün alternativ marşrutlar üzərində işlədiyini, baxmayaraq ki, Qara dənizdən keçən dəhlizi tamamilə əvəz edə bilməyəcəklərinə diqqət çəkib. “Mən bu müzakirələrin təfərrüatlarını açıqlamayacağam, lakin biz müttəfiqlərimiz və tərəfdaşlarımızla bu müzakirələr üzərində işləyirik”, o deyib.

Xatırladaq ki, sentyabrın 4-də Putinlə danışıqlardan sonra Soçidə mətbuat konfransında çıxış edən Ərdoğan deyib ki, Ankara BMT ilə birlikdə Qara dəniz taxıl təşəbbüsünü bərpa etmək məqsədi ilə yeni təşəbbüslər toplusu hazırlayıb və onun müsbət qiymətləndirilməsinə ümid edir. Putin də öz növbəsində bildirib ki, Moskva İstanbul müqavilələri çərçivəsində ona verilən vədlərin yerinə yetirildiyi tarixdən bir neçə gün ərzində taxıl sazişinə qayıtmağa hazırdır.

Turan İSMAYIL