Taliban Əfqanıstanda qızların oxuduğu incəsənət məktəbini bağladı
Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının tərəfdarları Herat əyalətində qızların dərsə getdiyi incəsənət məktəbini bağlayıblar.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Taliban nümayəndələri gənc əfqan qadınların əlavə təhsilinin qadağan edilməsinə baxmayaraq, xəttatlıqla məşğul olduqlarını öyrəndikdə həmin məktəbi bağlayıblar.
Qeyd olunur ki, həmin incəsənət tədrisi mərkəzi Heratda 40 ildir fəaliyyət göstərir və bütün Əfqanıstanda ən böyük təhsil müəssisəsələrindən hesab olunurdu.
Humay İSGƏNDƏRLİ