Britaniya Ukraynaya kəşfiyyat üçün "Scimitar" zirehli texnikası verəcək

 11:41 06.09.2023     268

Böyük Britaniya mütəxəssislər tərəfindən təlim keçdikdən sonra "Scimitar Mk2" zirehli kəşfiyyat maşınlarını Ukraynaya təhvil verəcək.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə "Rheinmetall BAE Systems Land" (RBSL) məlumat yayıb.

Qeyd edilib ki, RBSL nümayəndələri Britaniya ordusuna kəşfiyyat maşınlarının Ukraynaya göndərilmək üçün hazırlanmasında kömək etmək üçün Almaniyaya gediblər.

Mütəxəssislər nasazlıqların diaqnostikasında dəstək göstərib, təmir işləri ilə bağlı texniki məsləhət və tövsiyələr verib, nəqliyyat vasitələrinin təhlükəsizliyinə dair tövsiyələr verib, yol sınaqları keçirib və təmir işlərində iştirak etmiblər.

Ümumilikdə 32 gün ərzində 23 zirehli texnika hazırlanıb.

Qeyd edək ki, "Scimitar Mk2" Britaniya ordusunda xidmətdə olan "Scimitar" zirehli kəşfiyyat maşınının təkmilləşdirilmiş versiyasıdır.

İlk təkmilləşdirilmiş maşınlar 2011-ci ilin sentyabrında Əfqanıstanda yerləşdirilmək üçün Britaniya Ordusu tərəfindən qəbul edilib.

Avtomobilin zirehləri əlavə Plasan modulları, həmçinin əl qumbaraatanlarına qarşı barmaqlıq ilə gücləndirilib.

Bundan əlavə, avtomobilin gövdəsi və qülləsi əldəqayırma partlayıcı qurğulardan qorunmaq üçün gücləndirilmiş mina və partlayıcı mühafizə və elektron əks tədbirlərlə təchiz edilib.

Xatırladaq ki, Böyük Britaniya Rusiya tammiqyaslı işğalının başlanğıcından bəri Ukraynanı ardıcıl olaraq dəstəkləyir. 

Turan İSMAYIL