Blinken Zelenski ilə Ukraynanın əks-hücum əməliyyatını müzakirə edəcək

 14:32 06.09.2023     271

Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenin ukraynalı rəsmilərlə müzakirə edəcəyi mövzular açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, Rusiyanın təcavüzü qarşısında ABŞ-ın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və demokratiyasına sarsılmaz sadiqliyini nümayiş etdirmək üçün bu gün Kiyevə gələn Baş katib Blinken Prezident Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşərək Ukraynanın davam edən əks-hücumu və gələcək bərpa və yenidənqurma səylərini müzakirə edəcək.

"ABŞ Dövlət katibi Ukraynanın enerji, təhlükəsizlik və humanitar ehtiyaclarına toxunacaq və ABŞ-ın bu sahələrdə Ukraynaya dəstəyini necə davam etdirə biləcəyi barədə açıqlamalar verəcək", Dövlət Departamenti bildirib.