Umerov Ukraynanın yeni müdafiə naziri oldu

 14:40 06.09.2023     301

Ukrayna Ali Radası Aleksey Reznikovun yerinə Rüstəm Umerovu yeni müdafiə naziri təyin edib.

Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinadla xəbər verir.

Bu qərarı 338 xalq deputatı dəstəkləyib.

Qeyd edək ki, Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən istefa verməsi ilə bağlı şayiələr uzun müddətdir ki, dolaşır. Xüsusilə, Müdafiə Nazirliyinin Ukrayna hərbçiləri üçün şişirdilmiş qiymətlərlə ərzaq və sursat alması ilə bağlı bir sıra qalmaqallardan sonra onlar daha da ağırlaşıb.

Sentyabrın 3-də RBC-Ukrayna mənbələri Müdafiə Nazirliyində kadr dəyişikliyi barədə danışıblar. Söhbət Reznikovun vəzifəsindən azad edilməsi və Umerovun onun vəzifəsinə təyin olunmasından gedirdi. Daha sonra prezident Vladimir Zelenski bu məlumatı təsdiqləyib.

Umerov 1982-ci il aprelin 19-da Səmərqənddə (Özbəkistan) Aluştadan (Krım) mühacir ailəsində anadan olub.

2019-cu ilin sentyabrında “Səs” fraksiyasından xalq deputatı seçilib. Umerov Radada işləyərkən Beynəlxalq maddi-texniki yardımın alınmasına və istifadəsinə nəzarət üzrə Müvəqqəti Xüsusi Komissiyaya rəhbərlik edib.

2022-ci ilin sentyabrında Dövlət Əmlak Fondunun rəhbəri olub.

Turan İSMAYIL

2