Ukraynada daha 4 İran istehsalı “Şahed” məhv edildi

 15:01 06.09.2023     318

Rusiyanın Ukraynanın Odessa vilayətinə gecə hücumu zamanı sərhədçilər düşmənin İran istehsalı olan 4 “Şahed” kamikadze pilotsuz təyyarəsini məhv edib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 6-na keçən gecə rus qoşunları “Şahed”lərlə Odessa vilayətinə hücum edib. Xüsusilə də İzmail rayonu vurulub. Hücum nəticəsində kənd təsərrüfatı müəssisəsinin əməkdaşı həlak olub.

Bundan əlavə, gecə Rusiya Federasiyası Kiyevə hücum etməyə cəhd göstərsə də, paytaxta yaxınlaşarkən bütün hədəflər vurulub. O cümlədən, hava hücumundan müdafiə qüvvələri düşmənin 23 hədəfini vurub. Ümumilikdə düşmən 33 raket və pilotsuz uçan aparat atıb. 

Turan İSMAYIL