Blinken Ukrayna rəsmiləri ilə cəbhədə əks-hücum əməliyyatını müzakirə edəcək
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Kiyevə səfəri zamanı Ukrayna rəsmiləri ilə cəbhədə əks-hücum əməliyyatını, eləcə də Ukraynanın bərpasını müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir.
Dövlət Departamentinin saytında yayılan məlumatda deyilir: “Katib Blinken Prezident Volodimir Zelenski, baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə hazırkı əks-hücum və gələcək bərpa və yenidənqurma səylərini müzakirə etmək üçün görüşəcək”.
Blinken həmçinin Ukraynanın enerji, təhlükəsizlik və humanitar ehtiyaclarını müzakirə edəcək və ABŞ-ın bu sahələrdə Ukraynaya dəstəyini necə davam etdirəcəyini açıqlayacaq.
Turan İSMAYIL