Litva Baltik dənizində gizli dəniz rabitə mərkəzi tikəcək
Baltik dənizinin sahilində yerləşən Palanqa kurortunun hüdudlarında dəniz qüvvələri üçün gizli rabitə məntəqəsi tikiləcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Litva hökuməti öz iclasında bu məqsədlər üçün dövlət torpaqlarının ayrılmasını təsdiqləyib.
“Kompleksin tikiləcəyi şifrələnmiş rabitə sistemi bahalı və kifayət qədər təhlükəsiz olmayan peyk rabitəsinə alternativdir”, - məlumatda deyilir.
Sistem istifadəyə verildikdən sonra Litvanın ərazi sularında yerləşən bütün müttəfiq hərbi gəmilər ondan istifadə edə biləcək.
Turan İSMAYIL