Ruslar Ukraynada bazarı atəşə tutdu - 16 ölü, 28 yaralı var - VİDEO
Rus işğalçıları Konstantinovkanı yenidən atəşə tutublar. Bugünkü hücum nəticəsində 16 nəfər ölüb, 28 nəfər yaralanıb.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal danışıb.
"Bazarın atəşə tutulması nəticəsində 1-i uşaq olmaqla 16 nəfərin öldüyü artıq məlumdur. Ən azı 20 nəfər yaralanıb. Ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - baş nazir bildirib.
O qeyd edib ki, hazırda bütün xidmətlər yerində işləyir, yanğın artıq lokallaşdırılıb, zərərçəkənlərə yardım üçün tədbirlər görülür.
"Rusiya qoşunları bağışlanmayacaq terrorçulardır. Hər şey üçün yalnız qisas gələcək", - Şmıxal vurğulayıb.
Turan İSMAYIL