Dünyadakı hava sağlamlıq üçün daha təhlükəli OLACAQ
Qlobal istiləşmə havanın keyfiyyətini pisləşdirdiyindən bütün dünyada nəfəs almaq daha təhlükəli olacaq.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında deyilir.
Mütəxəssislər vurğulayırlar ki, həddindən artıq istilər meşə yanğınlarını gücləndirir. Tüstü havanı insanların sağlamlığı üçün təhlükəli edir. Tüstüdəki kimyəvi maddələr bitkilərə, ekosistemlərə zərər verir. Yanğınlar həmçinin iqlim dəyişikliyinə töhfə verən karbon qazı buraxır.
Yusif EYVAZLI