Blinken Ukraynaya davamlı yardıma görə Polşaya təşəkkür etdi
ABŞ dövlət katibi Entoni Blinken Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə telefon danışığı zamanı Kiyevə səxavətli davamlı yardım üçün Varşavaya təşəkkür edib.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
“Dövlət katibi NATO birliyinin vacibliyini vurğuladı və təhlükəsizliyimizə yaranan təhdidlərlə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələri davam etdirdi” - Miller deyib.
O qeyd edib ki, Blinken Polşanın “Ukrayna və onun xalqına səxavətli davamlı yardımını” alqışlayır.
Turan İSMAYIL