Bayden G20 sammitinə səfərini ləğv etməyəcək
ABŞ prezidenti Co Bayden həyat yoldaşında koronavirus aşkarlanmasına baxmayaraq, planlaşdırıldığı kimi Yeni Dehlidə keçiriləcək G20 sammitinə getmək niyyətindədir.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə deyib.
"Biz heç bir geriləmə planlaşdırmadıq, o, sabah uçacaq", - deyə o bildirib.
Jean-Pierre əlavə edib ki, Baydenin özündə koronavirus aşkarlanmayıb.
Yusif EYVAZLI