Bayden tezliklə Zelenski ilə görüşməyi gözləyir
ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə tezliklə danışıqlar aparmağa ümid edir.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bunu Kiyevdə Ukrayna lideri ilə danışıqlara başlamazdan əvvəl dövlət katibi Entoni Blinken deyib.
“Prezident Bayden sizi yaxın gələcəkdə görməyi səbirsizliklə gözləyir”, - Blinken Zelenskiyə deyib.
Gözlənildiyi kimi, iki dövlət başçılarının görüşü sentyabrın 19-da açılacaq BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutacaq. Lakin danışıqların təfərrüatları ilə bağlı hələ ki, aydınlıq yoxdur.
Yusif EYVAZLI