Çin G20 sammitindən əvvəl Ukrayna ilə bağlı mövqeyini yumşaldıb

 23:35 06.09.2023     267

Çin G20 sammitinin kommünikesini, ilk növbədə, Ukrayna münaqişəsi ilə bağlı razılığa gələrkən mövqeyini yumşaldıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” Fransa hakimiyyətinin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda Ukrayna ilə bağlı bəyanatın yer alacağı sammit kommünikesi təkcə Rusiya və Hindistan tərəfindən dəstəklənmir.

Eyni zamanda, "Bloomberg" sammitin yekun kommünikesində Ukraynadakı münaqişə ilə bağlı hansı müddəaların yer alacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, Yeni Dehlidə keçiriləcək G20 sammiti 9-10 sentyabr tarixlərində baş tutacaq. G20-nin bütün ölkələrinin və digər doqquz dövlətin (Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapur) liderləri ona dəvət olunur. Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Zirvə toplantısına Çin sədri Si Cinpin qatılmayacaq, Çin nümayəndə heyətinə Baş nazir Li Qianq başçılıq edəcək.

Turan İSMAYIL