"Bayraktar" PUA-ları Malidəki "Vaqner" hərbi bazasında görüntüləndi - FOTO

 12:46 07.09.2023     285

Türk "Bayraktar" pilotsuz uçan aparatları (PUA) Malidə "Vaqner" özəl hərbi şirkətinin yaraqlılarının nəzarətində olan hərbi bazada görüntülənib. Söhbət ən azı üç drondan gedir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Insider" məlumat yayıb.

Nəşr avqustun 30-da helikopterdən çəkilmiş fotonu dərc edib. Burada əvvəllər “Vaqner”in nəzarətində olan Mopti şəhəri yaxınlığındakı Sevare hava limanında hərbi baza göstərilir. O, bu ilin aprelində islamçı yaraqlılar tərəfindən hücuma məruz qalıb.

Şəkildə Türkiyə istehsalı olan ən azı üç "Bayraktar" pilotsuz uçan aparatı əks olunub. Keçən ilin dekabrında Mali hökuməti "Bayraktar"ın satın alındığını elan etdi, lakin sonra bu, yalnız iki ədəd idi.

Nəşrin “Vaqner”dəki mənbələri Sevare hərbi bazasına nəzarətin Rusiya Müdafiə Nazirliyinə keçdiyini bildirib. Bu, yəqin ki, “Vaqner”in lideri Yevgeni Priqojinin təyyarə qəzasından sonra baş verib.

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna hərbçiləri Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrindən istifadə edir. Məhz bu dronların sayəsində Ukrayna Silahlı Qüvvələri Ukraynanın şimalında düşmən texnikasının böyük kolonnalarını məhv etməyə nail olub. "Bayraktar" İlan adasında ruslara hücum etmək üçün də istifadə olunub.

Mətbuat rusların da "Bayraktar"ı almaq istədiyini, lakin türk şirkətinin onlardan imtina etdiyini yazıb. “Baykar Makina” Ukrayna hərbçilərinə pulsuz olaraq bir neçə pilotsuz təyyarə də verib.

Turan İSMAYIL

2