Rusiya PUA-ları NATO ölkəsinə hücum edib? - Baş katibdən AÇIQLAMA

 13:15 07.09.2023     310

NATO-nun Rusiyanın Rumıniyaya hücumu barədə məlumatı yoxdur.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu alyansın rəhbəri Yens Stoltenberq deyib.

O əlavə edib ki, bu vəziyyət Ukraynadakı münaqişə ilə bağlı insident və qəza riskini nümayiş etdirir.

"Rumıniya hakimiyyəti PUA-nın qalıqlarının tapıldığını təsdiqləyib. Onlar dünən NATO müttəfiqlərinə məlumat veriblər, istintaq davam edir. Bizdə Rusiyanın qəsdən hücumu barədə məlumat yoxdur”, - deyə Stoltenberq bildirib.

Sentyabrın 4-də vilayət administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, Odessa vilayətinin cənubundakı İzmail rayonunda bir neçə anbar və sənaye obyekti zədələnib. Bəzi obyektlərdə yanğınlar qeydə alınıb. Yanğını səhərə yaxın söndürmək mümkün olub. Sənaye müəssisələrinin bəzi avadanlıqları da xarab olub.

Eyni zamanda, sentyabrın 4-nə keçən gecə Odessa vilayətində hava reydləri sirenləri 3,5 saat işləyib. Ukrayna mediası İzmailin böyük limanında bir neçə partlayışın baş verdiyini yazıb.

Rumıniya prezidenti Klaus İohannis daha sonra Rusiya pilotsuz təyyarələrinin ölkədə düşərək partlaması ilə bağlı xəbərləri təkzib edib. Bundan əvvəl pilotsuz təyyarələrin düşməsi ilə bağlı məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko yayıb. Prezident qeyd edib ki, Rumıniya milli məkana tam nəzarət edir.

Turan İSMAYIL