Türkiyədə güclü sel nəticəsində ölənlərin sayı 8-ə çatdı

 17:12 07.09.2023     278

İki gün öncə Türkiyədə baş verən güclü sel nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Kırıkkaledə baş verən sel nəticəsində itkin düşmüş daha 4 nəfərin cəsədi tapılıb. Daha əvvəl Kırıkkaledə 2 nəfərin öldüyü bildirilirdi.

İstanbul şəhərində baş verən sel nəticəsində isə 2 nəfər ölmüşdü.