Blinkenin səfəri zamanı Ukraynaya zirehli maşınlar da gətirilib

 19:56 07.09.2023     187

ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink bildirib ki, Vaşinqton tezliklə Kiyevə 190 MRAP zirehli maşını təhvil verəcək.

Redaktor.az “RBC Ukrayna”ya istinadla xəbər verir ki, avtomobillərin ilk nümunələri artıq ABŞ dövlət katibi Entoni Blinkenin ölkəyə səfəri zamanı təhvil verilib.

Amerika səfirinin sözlərinə görə, MRAP zirehli maşınları hüquq-mühafizə orqanlarının əməkdaşlarına Ukraynada, xüsusən də cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalini qorumağa imkan verəcək.

Turan İSMAYIL