Pentaqon ABŞ-ın hərbi qüvvələrinin bir hissəsini Nigerdən köçürəcək
Birləşmiş Ştatlar administrasiyası ehtiyat tədbiri olaraq qüvvələrinin bir hissəsini Nigerdə yenidən yerləşdirmək qərarına gəlib, bəzi hərbi personal və texnika üsyançıların iyulun sonunda prezident Məhəmməd Bazumu hakimiyyətdən devirdiyi ölkəni tərk edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Pentaqonun nümayəndəsi məlumat verib.
"ABŞ Müdafiə Nazirliyi çox ehtiyatlı davranaraq Nigerdəki ABŞ qoşunları və texnikasının bir hissəsini Niameydəki 101-ci aviabazadan Aqadezdəki 201-ci aviabazaya köçürür. Bundan əlavə, təcili ehtiyac duyulmayan az sayda qoşun və texnika Nigeri tərk edəcək”, - deyə rəsmi bildirib.
Turan İSMAYIL