İtaliyanın məşhur şəhərinə giriş pullu OLACAQ

 22:17 07.09.2023     235

Venesiya 2024-cü ildə turist səfərləri üçün ödəniş tətbiq edəcək.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Beləliklə, İtaliyanın məşhur şəhərinə giriş pullu olacaq. 14 yaşdan yuxarı səyahət edənlərdən Venesiyada ən azı bir gecə qalmağı planlaşdırmasalar, onu ziyarət etmək üçün beş avro tutulacaq. Bildirilir ki, yenilik 2024-cü ilin yazında qüvvəyə minəcək.

Təcrübə təxminən bir ay davam edəcək.

Yusif EYVAZLI