Tramp məhkəmə prosesinin federal səviyyəyə keçirilməsinə qərar verdi

 22:39 07.09.2023     291

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərə müdaxilə ilə bağlı Corciya məhkəməsinə prosesin federal səviyyəyə keçirilməsini istəmək niyyətində olduğunu bildirib.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, mövcud məlumatlara görə, iş üzrə təqsirləndirilən şəxslərin müdafiəsi gözləyir ki, rayon hakimlərinin qərəzsizliyi vəkillərdə şübhələr yaratdığından ölkə səviyyəsində onlara bəraət qazandırmaq daha asan olacaq.

Sənəddə deyilir: “Prezident Tramp işin federal məhkəməyə verilməsini tələb edə biləcəyi barədə xəbərdarlıq edir”.

Məhkəmə ərəfəsində iş üzrə hazırlıq iclası keçirilib. Proses zamanı prokurorluq 150 şahidi dindirmək niyyətində olduğunu açıqlayıb. Prosesin ən azı dörd ay çəkəcəyi gözlənilir.

Donald Tramp və bu işdə təqsirləndirilən daha 18 nəfər ştatın əvvəlki prezident seçkilərində Respublikaçıların qələbəsini təmin etmək üçün Corciya rəsmilərinə təzyiq göstərməkdə ittiham olunur. Trampın özü və digər müttəhimlər özlərini təqsirli bilməyiblər.

Turan İSMAYIL