Pentaqon Ukraynaya yeni hərbi yardım paketini AÇIQLADI

 22:44 07.09.2023     339

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 600 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Bu gün Müdafiə Nazirliyi Ukraynaya Hərbi Yardım Təşəbbüsü çərçivəsində yeni hərbi yardım paketini elan edib. Bu 600 milyon dollarlıq paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün avadanlıq, artilleriya döyüş sursatları və digər əşyalar daxildir", - o, jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Turan İSMAYIL