Ermənistan ilk dəfə Ukraynaya yardım etdi

 22:55 07.09.2023     329

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ermənistan Ukraynaya ilk humanitar yardımı təhvil verib. Ölkəyə məktəblilər üçün mindən çox smartfon, noutbuk və planşet verilib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhsil və Elm Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

Nazirlik qeyd edib ki, yardımı Ermənistanın baş nazirinin arvadı Anna Akopyan gətirib.

"Bu qadcetlər ilk növbədə əksər məktəblərin onlayn rejimdə fəaliyyət göstərdiyi ərazilərdəki uşaqlar üçün nəzərdə tutulub. Bunlar hərbi əməliyyatlar nəticəsində evi tərk etmək məcburiyyətində qalan uşaqlar, əlillər, aztəminatlı ailələrin uşaqları və ya valideyn himayəsindən məhrum olan uşaqlardır" - Təhsil və Elm Nazirliyi bildirib.

T.İSMAYIL