ABŞ Ukraynaya tükənmiş uran mərmiləri göndərəcək

 00:19 08.09.2023     281

Birləşmiş Ştatlar "Abrams" tankları gətirilənədək Kiyevə tükənmiş uran mərmilərini çatdırmaq istəyir.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

Onun sözlərinə görə, döyüş maşınları payızda Ukraynaya çata bilər.

"Məqsəd orada mərmilərin olmasıdır, xüsusən də tanklar orada olacaq” - deyə o, vurğulayıb.

Turan İSMAYIL