Bayden ABŞ-da fövqəladə vəziyyətin müddətini uzatdı

 11:02 08.09.2023     217

ABŞ prezidenti Co Bayden ölkədə fövqəladə vəziyyətin müddətini bir il uzadıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

"ABŞ seçkilərinə xarici müdaxilə təhlükəsi və ya ictimai etimadın aşınması ilə bağlı 13848 saylı İcra Sərəncamı ilə elan edilmiş milli fövqəladə vəziyyətin müddətini bir il müddətinə uzadıram",- deyə prezident bildirib.

Qeyd olunur ki, fərman 2018-ci il sentyabrın 12-də ABŞ-da keçirilən seçkilərə xarici müdaxiləyə yönəlmiş milli təhlükəsizliyə və xarici siyasətə qeyri-adi və fövqəladə təhlükə ilə mübarizə məqsədilə təqdim edilib.

Eyni zamanda, siyasətçi vurğulayıb ki, xarici qüvvələr tarixən ölkənin azad və açıq siyasi sistemindən istifadə etməyə çalışsalar da, hazırda onların müdaxiləsinə dair heç bir sübut yoxdur.

Həmidə İBRAHİMLİ