Ərdoğan bu gün G20 Liderlər Zirvəsi üçün Hindistana gedəcək

 11:05 08.09.2023     280

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək 18-ci G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün 8-10 sentyabr tarixlərində Hindistana səfər edəcək.

Redaktor.az bu barədə "Haber Global"a istinadla xəbər verir.

Məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” ana mövzusu altında keçiriləcək üç sessiya sammitində fikir mübadiləsi aparacaqlar.

Həmidə İBRAHİMLİ