Zaxarova Rusiya ilə Ermənistan arasında düşmənçiliyi qızışdırmaq cəhdlərini pislədi
"Ermənistanın informasiya sahəsində Rusiya Federasiyası haqqında birtərəfli və mənfi məlumatların yayılması tendensiyası üstünlük təşkil edir".
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Ermənistan forumunun iştirakçılarını salamlayarkən deyib.
Onun sözlərinə görə, Moskva erməni xalqının bütün bəlalarına görə Rusiyanı ittiham etməklə iki ölkə arasında düşmənçilik törətmək cəhdlərini qəbuledilməz hesab edir.
Həmidə İBRAHİMLİ