Türkiyədə terror planlaşdıran 5 nəfər saxlanıldı

 10:58 08.09.2023     195

Türkiyənin Diyarbəkir şəhərində terror aktı törətməyə çalışan 5 nəfər saxlanılıb.

Redaktor.az-ın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saxlanılan şəxslər kuryerlik fəaliyyəti ilə məşğul idi. Terrorçuların saxlanıldığı an onlara aid çoxlu sayda partlayıcı maddə və silah aşkar edilib.