Polşada 10 mindən çox ABŞ hərbçisi var - Səfirdən AÇIQLAMA

 12:22 08.09.2023     321

Polşada 10 mindən çox ABŞ əsgəri yerləşdirilib.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu Amerikanın Varşavadakı səfiri Mark Bjezinski bildirib.

"Polşada 10 mindən çox amerikalı əsgər var ki, onlar ölkənin hər yerində yerləşdirilib. Bu, təsadüfi deyil. Biz Polşa əsgərləri ilə əl-ələ verib prezident Co Baydenin tapşırığını yerinə yetiririk: Polşa da daxil olmaqla, NATO məkanının hər santimetri əlbəttə - təhlükəsizlikdədir və qorunur" - Bjezinski deyib.

Onun sözlərinə görə, Polşa və ABŞ hərbi sahədə müttəfiqlər arasında mümkün qədər sıx əməkdaşlıq edir. "Biz eyni texnoloji dildə danışırıq - o mənada ki, eyni avadanlıqdan istifadə edirik" diplomat deyib.

"Hazırda ABŞ-dan Polşaya daşınan avadanlıq ən yüksək dünya səviyyəlidir. "Apache" helikopterləri, F-35 qırıcıları, HIMARS MLRS - bu, bizim dünyanın ən vacib yerlərində istifadə etdiyimiz avadanlıqlardır, bütün bunları Polşa ilə bölüşmüşük” - Bjezinski qeyd edib.

Səfir əlavə edib ki, onun Varşavadakı ofisində Polşa, ABŞ və digər NATO ölkələrinin qoşunları arasında birgə təlimlərin qeyd olunan qrafiki olan təqvim var. "Bu, hər hansı potensial təcavüzkarın qarşısını almaq üçün nəzərdə tutulmuş geniş, mürəkkəb və çox yaxşı işlənmiş cədvəldir" - diplomat deyib.

Turan İSMAYIL