Alman nazir Kiyevə “Taurus” raketlərinin tədarükü ilə bağlı çətinlikləri açıqladı

 12:58 08.09.2023     238

Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketlərin tədarükü çətinliklərlə doludur, çünki hər bir detalı razılaşdırmaq üçün vaxt lazımdır.

Redaktor.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "Funke"yə müsahibəsində deyib.

"Bu, tez bir zamanda edilə bilən bir şey deyil - "Leopard" tankları və IRIS-T hava hücumundan müdafiə sistemində olduğu kimi, ilk növbədə hər bir detal aydınlaşdırılmalıdır" - nazir bildirib.

Berbokun sözlərinə görə, raketlərin ötürülməsi tələbi başa düşüləndən də artıqdır, lakin nazir raketlərin məsafəsinin məhdudlaşdırılmasını zəruri hesab edib-etməməsi sualına cavab verməkdən yayınıb.

Avqustun sonunda Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının rəhbəri Fridrix Merz Ukraynaya “Taurus” qanadlı raketlərinin verilməsinin tərəfdarı olduğunu söylədi, lakin onların uçuş məsafəsinin məhdudlaşdırılmasını təklif etdi ki, onlardan yalnız Ukrayna ərzaisində müdafiə üçün istifadə olunsun.

Bundan əvvəl Berlində keçirilən rəsmi departamentlərin açıq qapı günü zamanı vətəndaşların Almaniyanın niyə Ukraynaya daha çox yardım göstərmədiyini və “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı qərarı gecikdirməsi ilə bağlı sualını cavablandıran kansler Olaf Şolz ölkəsinin Ukraynaya əhəmiyyətli dəstək verdiyini bildirib. Kiyev, ancaq Ukraynadakı münaqişənin NATO ilə Rusiya arasında müharibəyə çevrilməsini istəmir. Hazırda tədarüklə bağlı yeni qərarlar qəbul edilməyib. 

“Taurus” tədarükü ilə bağlı əsas mübahisə məqamı bu raketlərin 500 kilometr məsafədə olmasıdır. Almaniya indiyədək Kiyevi oxşar xüsusiyyətlərə malik silahlarla əsaslı şəkildə təmin etməyib. Alman ekspert icması raketlərin Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna bilməyəcək şəkildə proqramlaşdırıla biləcəyini müzakirə edib. “Spiegel” yazır ki, hazırda kansler Şolzu məhz bu məsələ maraqlandırır və buna görə də hərbi sənaye nümayəndələri ilə danışıqlar aparılır.

Turan İSMAYIL