Mirzoyan BƏƏ prezidenti ilə görüşdü

 13:00 08.09.2023     201

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

"Son regional hadisələr və Qarabağdakı vəziyyət, eləcə də yeni sahələrdə birgə proqramların başlanması müzakirə edilib", - deyə görüşlə bağlı məlumatda qeyd olunub.