ABŞ müsadirə etdiyi Rusiya aktivlərini Ukraynaya verəcək

 13:36 08.09.2023     240

ABŞ rus oliqarxlarının müsadirə etdiyi aktivlərini ilk dəfə olaraq Ukraynaya keçirməyə hazırlaşır. 

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukraynanın "Müharibə üçün hesab. Ukrayna Rusiyadan kompensasiyanı necə geri ala bilər və Qərb niyə hələ də tərəddüd edir" məqaləsində deyilir.

Məlumdur ki, ABŞ rusiyalı biznesmen Konstantin Malofeyevin aktivlərinin 5 milyon dollardan çoxunu Ukraynaya köçürə bilər. O, sanksiyaları pozmaqda ittiham olunub. Bu, ABŞ tarixində ilk belə qərar olacaq.

Ədliyyə nazirinin müavini İrina Mudra RBC-Ukraynaya şərhində qeyd edib ki, Ukrayna hələ də dövlət katibi Entoni Blinkenin qərarını gözləyir.

"Biz bu vəsaitlərin fonda ilk tranş olmasından danışırıq. Bu, digər ölkələrə fond və komissiyanın olması lazım olduğunu göstərən yaxşı addım olacaq. Bu, bizim təklifimizdir və hazırda ABŞ-da müzakirə olunur", - o, deyib.

İyunun ortalarında ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında Rusiyanın dövlət aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə edilməsinə dair ikipalatalı qanun layihəsi təqdim edilib. Vaşinqton həmçinin Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəyən zərərin ödənilməsi mexanizminin yaradılması ideyasını dəstəkləyir.

Amerikanın təşəbbüsü Ukraynanın təşəbbüsünə bənzəyir və müsadirə edilmiş aktivlərin göndəriləcəyi xüsusi fondun yaradılmasını nəzərdə tutur. Sonra Ukraynanın bərpasına və humanitar yardıma ayrılacaq.

Bu oxşarlıq Amerika qanun layihəsinin Ukrayna tərəfi ilə sıx razılaşdırılaraq yazılması ilə bağlıdır.

Yada salaq ki, bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya sanksiya tətbiq olunan oliqarxlardan müsadirə edilən aktivlərin ilk dəfə olaraq Ukraynaya veriləcəyini təsdiqləmişdi.

Onun sözlərinə görə, pul ukraynalı veteranlara dəstək üçün göndəriləcək. Bu, ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi məsələsində ilk addımıdır.

Turan İSMAYIL