Avropa Komissiyasının tövsiyələrindən sonra Gürcüstanda qütbləşmə artıb - Qaribaşvili
Avropa Komissiyasının Gürcüstana namizəd statusu əldə etməsi üçün 12 tövsiyə təqdim etməsindən sonra ölkədə qütbləşmə artıb.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib.
“Təəssüf ki, ötən il tövsiyələr müəyyən edildikdən sonra qütbləşmənin azaldığını deyil, əksinə artdığını müşahidə etdik”.
Hökumət başçısı bildirib ki, radikal qüvvələr, xüsusilə də əvvəlki hökumətə məxsus partiya (Vahid Milli Hərəkat – red.) müxtəlif təxribatlarla prosesi sabotaj etməyə çalışır.
Baş nazir bu baxımdan Avropa Komissiyasının Gürcüstanda siyasi qütbləşmənin aradan qaldırılması ilə bağlı tövsiyəsinin hələ də yerinə yetirilmədiyini qeyd edib.
O, bunun çox kompleks və çətin məsələ olduğunu vurğulayıb.