İspaniya Rusiya qazından asılı vəziyyətə düşüb

İyulda keçən illə müqayisədə 65% tədarük edən İspaniya Rusiya təbii qazından daha çox asılı vəziyyətə düşüb.
Redaktor.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Energetika və Ətraf Mühit Nazirliyinin bölməsi bildirib.
Qeyd olunur ki, İspaniyanın Rusiyadan idxalı iyulda bir il əvvəlki ilə müqayisədə 65% artıb, ölkə isə ay ərzində 14% az qaz idxal edib.
Nəticədə, Rusiya qazının ümumi idxalda payı (İspaniya tamamilə xarici qaza arxalanır) 2022-ci ilin eyni ayındaki 14,5%-dən iyulda 28%-ə yüksəlib.
“Rusiya İspaniyanın Əlcəzairdən sonra Aralıq dənizindən keçən boru kəməri ilə İspaniyaya qaz tədarük edən ikinci ən böyük tədarükçüsü oldu”, - məlumatda deyilir.
Nəşr yazır ki, iyulda Nigeriya, Norveç, Qətər və ABŞ kimi əsas ixracatçı ölkələrdən idxal azalıb.
Bu ilin ilk 7 ayında Rusiya qazının idxalı 70% artaraq ümumi idxalın 21%-ni təşkil edərək, İspaniyanı Rusiya qazının ikinci ən böyük istehlakçısı edib.
Turan İSMAYIL