Ermənistanda Rusiya yönümlü müxalif bloger azadlığa buraxıldı

 23:02 08.09.2023     361

Ermənistanda saxlanılan rusiyapərəst bloger Mikael Badalyan və  "Sputnik Armeniya"nın jurnalisti Aşot Gevorkyan həbsdən azad edilib. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Sentyabrın 7-də Ermənistanda Badalyan və Gevorkyanın saxlanması barədə məlumat yayılıb. Onların hər ikisi qanunsuz odlu silah alverində şübhəli bilinir. Eyni zamanda, respublikanın İstintaq Komitəsi silahların və digər maddi sübutların haradan tapıldığını və kimə məxsus olduğunu açıqlamayıb.

Yusif EYVAZLI