Mərakeşdə şiddətli zəlzələ oldu - 300-ə yaxın ölü, 150-dən çox yaralı var

 09:10 09.09.2023     444

Mərakeşdə güclü zəlzələ baş verib. Nəticədə ölənlərin sayı 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.