Türkiyədə yük maşını cənazə namazı üçün toplaşanların üzərinə çıxdı

 13:32 09.09.2023     231

Türkiyənin Kahramanmaraş vilayətinin Andırın rayonunda dəhşətli qəza baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, əyləci boşalan yük maşını cənazə namazı üçün toplaşanların üzərinə çıxıb.

Qəza nəticəsində yaralananların olduğu bildirilib. Yaxınlıqdakı avtomobillərə də zərər dəyib. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.