İzmirdə meşəlik ərazidə yanğın baş verdi

 20:52 09.09.2023     253

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda meşəlik ərazidə yanğın çıxıb.

Redaktor.az "Anadolu"ya istinadən xəbər verir ki, hadisə rayonun Sarnıç gölməçəsi yaxınlığında baş verib.

Bildirilib ki, bölgənin meşəçilik administrasiyasına aid 5 təyyarə, 8 helikopter, 21 su tankeri, 8 su təchizat vasitəsi və 6 buldozer əraziyə cəlb edilib.

Yanğına müdaxilə müddətində bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub. Tüstü azaldıqdan sonra hava nəqliyyatı axını normal vəziyyətə düşüb (report).