Regionda sülhün və sabitliyin təmin edilməsi vacibdir - Qaribaşvili

 22:59 09.09.2023     372

Regionda sülhün və sabitliyin təmin olması vacibdir. Gürcüstan regionda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hər zaman hazırdır.

Redaktor.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyan ilə telefon danışığı zamanı söyləyib.

Gürcüstan Hökumət Dəftərxanasından bildirilib ki, baş nazirlər Ermənistan və Azərbaycan sərhədindəki vəziyyət barədə danışıblar.

İrakli Qaribaşvili regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, vəziyyətin dinc danışıqlar yolu ilə tənzimlənməsi vacibdir