Rusiya Krım körpüsünü bu tarixdə açacaq

 23:39 09.09.2023     314

Krım körpüsünün dağılmış hissəsində avtomobillərin hərəkətinə sentyabrın 15-dən başlamaq planlaşdırılır. 

Redaktor.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin jurnalistlərə açıqlaması zamanı deyib.

"Bu gün biz gecə-gündüz işləyirik. Düşünürəm ki, sentyabrın 15-də biz Krım körpüsünün dağıdılmış hissəsi ilə gedəcəyik, çünki biz layihə səviyyəsində aşırımın quraşdırılmasını tam başa çatdırmışıq. Yəni, körpü artıq mövcuddur, indi bunun üzərinə asfalt çəkmək, işıqlandırma işləri aparmaq, nişanlar çəkmək lazımdır", - deyə o bildirib.