Rusiyada ağır yol-nəqliyyat hadisəsində 4 nəfər öldü

 23:58 09.09.2023     382

Rusiyanın İvanovo vilayətinin eyni adlı şəhərində minik avtomobilinin yaşayış evinə çırpılması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin İvanovo vilayəti üzrə Baş İdarəsi teleqramda məlumat yayıb.

"Maşın evə çırpılıb. Qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb və rayon klinik xəstəxanaya yerləşdirilib", - məlumatda deyilib (report).