Türkiyənin xarici işlər naziri Qazaxıstana səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan baş nazirin müavini və xarici işlər naziri Murat Nurtleunun dəvəti ilə sentyabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı regional və beynəlxalq vəziyyət, o cümlədən Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərinin müzakirə olunacağı vurğulanır.
Bu, H.Fidanın Türkiyənin xarici işlər naziri kimi Qazaxıstana ilk səfəri olacaq (report).