Ankara və Vaşinqton F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər
Ankara və Vaşinqton F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük İyirmiliy”in (G20) sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
O, amerikalı həmkarı Cozef Baydenlə Türkiyəyə F-16 qırıcılarının tədarükü məsələsini müzakirə etdiyini bildirib.
Ərdoğanın sözlərinə görə, görüş qeyri-rəsmi şəraitdə keçib.
“Təəssüf ki, F-16 məsələsi İsveçin NATO-ya üzvlüyü prosesi ilə bağlıdır. Bu yanaşma bizi ciddi şəkildə narahat edir. Lakin Türkiyə Böyük Millət Məclisi belə bir qərar qəbul etmədikcə, mən “hə” (İsveçin NATO üzvlüyünə) deyə bilmərəm”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyə ordusunun Yunanıstanın hava məkanını pozmasını əsas gətirərək F-16 qırıcılarının Türkiyəyə satışını qadağan edib (report).