Ronaldodan zəlzələdən zərər çəkənlərə BÖYÜK JEST

 17:21 10.09.2023     302

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri pulsuz qəbul edib.

Redaktor.az “Marca”ya istinadən xəbər verir ki, 38 yaşlı forvardın "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu oteli Mərakeşdə yerləşir. Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər çəkənləri pulsuz qəbul edib.

Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.