Almaniyanın xarici işlər naziri Kiyevə səfər etdi

 09:59 11.09.2023     375

Almaniyanın xarici işlər naziri Annalena Berbok elan olunmamış səfərlə Kiyevə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, bu, Almaniya nazirinin son il yarım ərzində Ukraynaya dördüncü səfəridir.

Berbok gələndən sonra Ukraynaya “iqtisadi, humanitar və hərbi baxımdan” daha çox dəstək vermək niyyətində olduğunu açıqlayıb. O, həmçinin Kiyevə korrupsiya ilə mübarizəyə yönəlmiş islahatların vacibliyini xatırladıb.

Həmidə İBRAHİMLİ