Yeniyetmə məktəbə bıçaqla gələrək 4 nəfəri yaraladı

 10:03 11.09.2023     412

Rusiyanın Rostov vilayətində yeniyetmə məktəbə girmək istəyərkən 4 nəfəri yaralayıb.

Redaktor.az "Lenta.ru"a istinadla xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vasili Qolubev öz Telegram kanalında məlumat verib.

Rayon rəhbərinin sözlərinə görə, üzünü maskanın arxasında gizlədən 15 yaşlı yeniyetmə 4 nəfərə hücum edib. Təhsil müəssisəsinin 3 əməkdaşı və şagirdlərdən birinin qohumu xəsarət alıb.

“Hücum edən şəxs şahidlər tərəfindən saxlanılıb. Müəyyən edilib ki, hücum edən şəxs həmin məktəbin 9-cu sinif şagirdi olub, o, psixi xəstəlikdən əziyyət çəkir”, - deyə Qolubev yazıb və uşaqlardan heç birinin xəsarət almadığını bildirib.

Həkimlər yaralıların vəziyyətini yüngül qiymətləndirib və onlara tibbi yardım göstərilib. Hadisə yerində mütəxəssislər işləyir.

Həmidə İBRAHİMLİ